Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya silahlı qüvvələrinin kütləvi hücumundan sonra Qərbdən iki konkret qərar tələb edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Birincisi, Ukraynanın Rusiya ərazisindəki bütün qanuni hərbi hədəflərə uzaq məsafədən zərbələr endirmək hüququnu təsdiqləmək.
İkincisi, onların hava məkanına yaxınlaşan raketləri və pilotsuz təyyarələri vurmaq üçün tərəfdaşların hava hücumundan müdafiə imkanlarından istifadə edilməsinə dair razılaşma", - məlumatda bildirilib.