Açıqlamada, "Mpox" virusunun daha yüngül variantı olan Clade 2-nin paytaxt Manila və ətraflarında yaşayan 30 yaşlarında iki nəfərdə aşkar edildiyi bildirilib. Filippində yeni "Mpox" variantının yaratdığı qlobal epidemiya dalğasında aşkar edilən aktiv hadisələrin sayı 3-ə çatıb. Bu il ilk "Mpox" hadisəsi avqustun 19-da Filippində aşkar edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Afrika və digər bölgələrdə "Mpox" virusunun beynəlxalq yayılması potensialını nəzərə alaraq, avqustun 14-də ÜST-nin Fövqəladə Hallar Komitəsini çağırmaq qərarına gəlib.