Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Bakıda istintaq təcridxanasında saxlanılan keçmiş qondarma rejimin separatçılarına baş çəkiblər.
Axar.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyi məlumat yayıb.
Separatçılara ailələri ilə əlaqə saxlamağa imkan yaradıldığı bildirilib.
“Prosedurlara uyğun olaraq, sağlamlıq vəziyyəti və saxlanma şəraiti ilə bağlı məsələlər yalnız aidiyyəti qurumlarla müzakirə olunur”, – məlumatda qeyd edilib.