Ukrayna Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək üçün hər şeyi edəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Prezidenti Andjey Duda və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.
"Müharibənin sonu yalnız ölkənin ərazi bütövlüyünün bərpası və Rusiyanın təkrar təcavüzünün qarşısının alınması ilə baş verə bilər", - Zelenski qeyd edib.