Milli.Az metbuat.az-a istinadən bildirir ki, bu barədə "Nature Microbiology" jurnalında dərc olunan elmi araşdırmada qeyd edilib. Məlumata görə, sözügedən göbələk bananlarda bizə məlum olan ən zərərli bitki xəstəliklərindən biri olan "Fusarium solğunluğu"na (FWB) səbəb olur.
Panama xəstəliyi olaraq da bilinən FWB, göbələk bitkiyə köklər vasitəsilə daxil olduqda, damar sistemini işğal etdikdə və meyvəyə su və qida axınının qarşısını aldıqda baş verir. Bu, bitkinin solmasına və nəticədə ölməsinə səbəb olur. Ona görə də bu göbələyin yayılmasının qarşısını almaq mümkün olmasa, bir müddət sonra bütün dünyada banan ağacları yox olacaq.