Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
"Meymunçiçəyi xəstəliyinin baş verməsinin və ocaqlarının yaranmasının qarşısını almaq üçün avqustun 21-dən bütün növ gəmiricilərin və primatların Ermənistan ərazisi ilə idxalı və tranzit daşınması qadağandır", - məlumatda bildirilib.
Qeyd edilir ki, qərar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları dərc olunana qədər qüvvədə qalacaq.