Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi gələn həftə Kursk atom elektrik stansiyasına səfər etməyi planlaşdırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə "Faynənşl Tayms" qəzetinə müsahibəsində bildirib.
"Qrossi gələn həftə Kursk AES-ə baş çəkəcəyini və onun rəhbərliyi ilə danışacağını, AES-ə qarşı hücumların olub-olmadığını müəyyən edəcəyini bildirib", - nəşr yazıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qrossinin avqustun sonunda Kursk AES-ə səfəri üçün prosedurlar hazırlanır.