Fransa Prezidenti Emmanuel Makronun səfəri “qərblilərin regionda destruktiv fəaliyyəti” paradiqmasında qurulacaq.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
O, həmçinin qeyd edib ki, Ermənistanın qayıtması üçün KTMT-nin qapıları həmişə açıqdır.
“Təşkilat respublika ilə tam əməkdaşlığa açıqdır. Bu ölkə üçün sabitliyin təminatçıları kimi KTMT və Rusiyanın alternativi yoxdur”, - XİN rəsmisi vurğulayıb.
M.Zaxarova qeyd edib ki, Ermənistan-Rusiya əməkdaşlığı əsrlərin sınağından keçib.
“Yeri gəlmişkən, bu əməkdaşlıq Ermənistanın tarixində əks olunub və hər hansı saxta dərsliklər nəşr edilsə belə, onu yenidən yazmaq mümkün deyil”, - o bildirib.