Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın İspaniyada dünyasını dəyişib.
Onun son 20 il ərzində qocalar evində yaşadığı qeyd olunub.
M.Morera 1907-ci ilin martında Kaliforniyada dünyaya gəlib, 8 yaşı olarkən ailəsi ilə birlikdə İspaniyaya köçüb və bütün həyatını burada yaşayıb. Həkimlə evli olan Mariyanın 3 övladı olub. O, 2023-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabının versiyasına görə dünyanın ən yaşlı insanı elan edilib.
Moreranın ölümündən sonra hazırda dünyanın ən yaşlı insanı 1908-ci ilin mayında Yaponiyada doğulan Tomiko İtooka adlı qadındır. Onun hazırda 116 yaşı var.