Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Express Tribune" Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının hesabatına istinadla məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 7 nəfər həlak olub. Daşqınlardan ən çox Pəncab əyaləti zərər çəkib.
İyulun əvvəlindən indiyədək 2293 bina dağılıb, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar həmçinin 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.
Avqustun 19-da Pakistanın bəzi bölgələrində - İslamabad, Ravalpindi, Qucranvala, Lahor, Şeyxupura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvər əyalətlərinin alçaq ərazilərində daşqınlara səbəb ola biləcək güclü yağışlar gözlənilir.