Rusiyada "Krokus Siti Holl" konsert salonuna hücumda iştirak edən 4 nəfərlə bağlı yeni qərar verilib.
Axar.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi məlumat verib.
Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edərək Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Məhəmmədsobir Fayzovun həbs müddətini 22 noyabra qədər uzadıb.
Qeyd edək ki, terror aktı martın 22-də baş verib. Hücum edənlər tamaşaçılara avtomat silahlardan atəş açıb və tamaşa zalını yandırıblar. Terror zamanı 145 nəfər həlak olub. Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib.