ABŞ Dövlət katibi Entoni Blinken avqustun 18-i İsrailə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Blinkenin avqustun 19-u İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir.
Qeyd edək ki, daha öncə İranın ehtimal olunan hücumu ilə əlaqədar Blinkenin Yaxın Şərqə səfəri təxirə salınmışdı.