İsrail nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcəklər.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib”, - məlumatda deyilib.
Qeyd edək ki, daha əvvəl Misir, Qətər və ABŞ hakimiyyəti İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırmışdı.