Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işləməkdən yorulan məmurlara çağırış edib.
Axar.az xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə sözügedən məmurları istefaya çağırıb.
“Fikrimcə, belə məmurlar varsa, onların istirahət etməsi yaxşıdır. Amma işləyənlər də gərək düzgün və məsuliyyətli olsunlar. Xalqa xidmət barədə düşünsünlər”, - Türkiyə lideri bildirib.