Ukrayna hakimiyyəti Sum vilayətində (Kurskla həmsərhəd) 183 yaşayış məntəqəsinin əhalisini evakuasiya etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sum vilayətinin 20 kilometrlik sərhəd zonasında bütün kateqoriyadan olan şəxslərin hərəkətini qadağan edib.