ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns avqustun 15-də Qəzzada atəşkəslə bağlı danışıqlarda iştirak etmək üçün Dohaya gedəcək.
Axar.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat yayıb.
"Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns sabah Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani, MOSSAD-ın direktoru David Barnea və Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamal ilə görüşdə iştirak etmək üçün bu gün Dohaya gedəcək", - o bildirib.