Xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı vəziyyətə baxmayaraq, Fələstində baş verən hadisələr Rusiyanın diqqətindən yayınmır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla görüşündə deyib.
“Hamı bilir ki, Rusiya bu gün öz maraqlarını, öz xalqını əlində silah müdafiə etməlidir, lakin Yaxın Şərqdə, Fələstində baş verənlər bizim diqqətimizdən də yan keçmir. Rusiyanın bütövlükdə ərəb dünyası və xüsusən də Fələstinlə uzunmüddətli və dərin əlaqələri var, Moskva bunu çox yüksək qiymətləndirir”, - Putin bildirib.