Ukrayna yalnız Kursk vilayəti ilə kifayətlənməyə bilər.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı deputat, ölkənin Təhlükəsizlik Xidmətinin ehtiyatdakı polkovniki Roman Kostenko deyib.
O, Kursk əməliyyatının Rusiyaya mənəvi zərbə vurduğunu bildirib:
“Ciddi əməliyyatlar üçün rezervlər barəsində düşünməlisən. Cəbhəni yara bilərsən, amma bu, sənin qüvvələrini də bitirə bilər. Biz anlamalıyıq ki, Kurskdan sonrası üçün də planlarımız var. Lakin bunu etməyə düşmən bizə nə qədər imkan verəcək? Bundan sonra hərəkət etmək çətin olacaq”.
O, artıq Rusiyanın rezervlərinin qalmadığını bildirib.
Kostenko Moskvanın işğal edilmiş ərazilərdən qoşunlarını Kurska yönəltmək məcburiyyətində qalacağını bildirib.