Rusiya və Belarus Təhlükəsizlik şuralarının katibləri Sergey Şoyqu və Aleksandr Volfoviç "Ordu-2024" forumunda hərbi texnika sərgisinə baxış keçiriblər.
Axar.az "Sputnik"ə istinadən xəbər verir ki, Şoyqu həmkarına xüsusi hərbi əməliyyat zamanı özünü effektiv şəkildə sübut edən texnikanın tammiqyaslı eksponatlarını nümayiş etdirib. Xüsusilə müasir tanklar, piyadaların döyüş maşınları, RYAS, hava hücumundan müdafiə vasitələri, döyüş helikopterləri eksponatların arasında yer alıb.
Bundan başqa, Şoyqu və Volfoviç xüsusi əməliyyat zamanı ələ keçirilmiş ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, İsveç, Ukrayna və digər ölkələrdə istehsal olunmuş texnika ilə tanış olublar.
Rusiya Federasiyasının və Belarusun Təhlükəsizlik şuralarının katiblərinə robot texnikası və dron komplekslər nümayiş etdirilib.
Onlar Belarus, İran və Çinin milli sərgilərini də gəziblər.