Fransa şansı əldən vermədi və Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimini açılış mərasimindən də pis etdi.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib.
“Parisdə Olimpiya Oyunlarının açılışından daha pisi bağlanışı ola bilərdi. Fransa da bu şansı əldən vermədi. Dürüstlüyünüz üçün təşəkkür edirik. Nə pərdələdiniz, nə də eyham vurdunuz. Hər şey açıqdır: Mələk insanları zombilərə çevirir, getdikcə daha az vaxtı qalan bəşəriyyəti öz iradəsinə tabe edir. Məqalələri və rəyləri oxuyuram, çoxları gördüklərinin fərqindədir. Müqəddəs kitabdan sitatlar, mövzunun tarixi təcəssümlərinə istinad, analogiyalar və paralellər. Şok. Heç kimin ağlına belə gəlmir ki, belə açıq-aydın satanizmə qarşı öz sevimli arqumentini irəli sürsün: “Hamınız yalan danışırsınız”, - Zaxarova yazıb.