Türkiyənin Əskişəhər vilayətində bıçaq və balta ilə silahlanan bir gənc ətrafdakı insanlara hücum edib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, hadisəni törədən 18 yaşlı gənc polis tərəfindən saxlanılıb. Onun döyüş oyunlarının təsiri altında həmyerlilərinə hücum etdiyi ehtimal olunur.
Xəsarət alan vətəndaşlar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.