Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.
Axar.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, həmin şəxs cari ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurladığına görə saxlanıldığı üçün məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.
Araşdırma aparılır.