Rusiya xarici tərəfdaşlarla birlikdə dünyada bərabər, bölünməz təhlükəsizlik sistemini inkişaf etdirməyə hazırdır və onların Ordu-2024 forumuna marağını yüksək qiymətləndirir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz belə marağı dəstəkləyirik, tərəfdaşlığımızı qiymətləndiririk və onları inkişaf etdirməyə, bərabər, bölünməz təhlükəsizlik yaratmaq və yeni, daha ədalətli, çoxqütblü dünya qurmaq üçün birlikdə işləməyə hazırıq”, - Putin bildirib.