ABŞ-ın Almaniyada uzaqmənzilli silahlarını yerləşdirməsi Berlini Rusiyanın nüvə raketləri üçün əsas hədəfə çevirmək təhlükəsi yaradır.
Axar.az xəbər verir ki, bunu Almaniya Bundestaqının üzvü Sara Vaqenknext deyib.
"Bu silahlar müdafiə boşluqlarını bağlamır, lakin Almaniyanı Rusiyanın nüvə raketləri üçün əsas hədəfə çevirə biləcək hücum silahlarıdır.
Heç bir Avropa ölkəsi öz ərazisində belə raketlər yerləşdirmir, səbəbləri var", - o bildirib.