İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiya tətbiq edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib.
“Bütün dünyanın Qəzzada atəşkəsə nail olmağa çalışdığı vaxtda Ben-Qvir mülki əhaliyə suyun və enerjinin kəsilməsinə çağırış edir. Bu çağırış hərbi cinayətdir. Sanksiyalar AB-nin gündəliyində olmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, bu, AB institutunun nümayəndəsinin İsrail rəhbərliyinə qarşı ilk sanksiya çağırışıdır.