Kursk əməliyyatı Rusiya rəhbəri Vladimir Putinin heç nəyə nəzarət etmədiyini göstərdi və onun varisi ilə danışıqlar üçün yaxşı zəmin yaradıb.
Axar.az xəbər verir ki, bunu Bundestaqın müdafiə komitəsinin rəhbəri Markus Faber X sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında ruslara qarşı hücumu gözlənildiyindən də yaxşı gedir:
"Bu addım rus xalqına göstərir ki, onların diktatoru heç nəyə nəzarət etmir və hərbi rəhbərlik öz vəzifələrini yerinə yetirə bilmir. Putinin varisi ilə sülh danışıqları üçün yaxşı əsas yaranıb. Həmçinin Putinlə Beynəlxalq Cinayət Məhkəməsində danışıqlar üçün əsas formalaşıb".
O qeyd edib ki, belə bir əməliyyat rusları Ukraynanın şərqindən xeyli sayda qoşun çıxarmağa məcbur edir:
"Bu, gərginliyi azaldır, buna görə də "Leopard 2" tankları haqqında danışmaq üçün yaxşı səbəb var. Ukraynaya hərbi yardımımız təhlükəsizliyimizə ən yaxşı sərmayədir. Hər gün Rusiya təhlükəsinin potensialını azaldır".