Gizli danışıqlar zamanı ABŞ Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsi müqabilində amnistiya təklif edib.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məsələ ABŞ Ədliyyə Departamentinin 2020-ci ildə Maduroya və digər Venesuela hökumət rəsmilərinə qarşı irəli sürdüyü narkoterrorizmdə iştirak ittihamlarının geri götürülməsidir.
Bildirilib ki, ABŞ hələ 2023-cü ildə Dohada gizli danışıqlar zamanı prezidentə eyni şərtlərlə amnistiya təklif edib, lakin Maduro bundan imtina edib və o vaxtdan bəri onun mövqeyi dəyişməyib.