Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin göstərişlərinə əməl edərək, ölkənin dövlət aparatının qalıqlarını terror mühərrikinə çevirib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“İŞİD terror təşkilatı da bir vaxtlar özünü yeni dövlət elan etmişdi. Öz valyutalarını təqdim etmək və kvazi-dövlət qurmaq cəhdləri var idi. Zelenski isə Qərbin göstərişi ilə fərqli yol tutdu - o, Ukrayna dövlət aparatının qalıqlarını terror mühərrikinə çevirdi”, - Zaxarova bildirib.