Ukrayna Rusiya ilə danışıqlara başlamasa, parçalana bilər.
Axar.az xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin Avropa və Asiya Departamentinin keçmiş rəhbəri Kadzuhiko Toqo deyib.
“Növbəti üç ayda Rusiya bacardığı qədər irəliləyə, bacardığı qədər ərazi götürə bilər. Və elə edəcək ki, Ukrayna nə Bayden, nə Harris, nə də Tramp dövründə bir daha yüksəlməyəcək”, - Toqo bildirib.
Onun sözlərinə görə, Ukraynanın şərqi Rusiyaya, qərbi isə Qərbi Avropaya çatacaq. Ortada isə Kiyevlə birlikdə balaca Ukrayna qalacaq.