Çində cinayətkar qrup krematoriyalardan və tibbi laboratoriyalardan 4000-ə yaxın cəsəd oğurlayıb. Onların məqsədi tibbi protezlərin istehsalı olub.
Axar.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Məlumata görə, cinayətkarlar sümük toxumasının satışı ilə bağlı qanunsuz biznesdən təxminən 380 milyon yuan (53 milyon dollar) qazanıblar:
“Tayyuan şəhərinin (Şansi əyaləti) polisi allogen protezlərin istehsalı üçün insan qalıqlarının kütləvi şəkildə oğurlanması faktını araşdırır. Polis 18 ton sümük və 34 mindən çox hazırlanmış və ya hələ hazırlanmaqda olan protezlər ələ keçirib. Bu cinayət sxemində iştirak edən 75 şübhəli saxlanılıb”.