HƏMAS İsraillə girov razılaşmasının bir hissəsi olaraq FƏTH-in hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.
Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Məlumata görə, ABŞ da Barqutinin azad edilməsinə dəstək verib.
Qeyd edək ki, Barquti 2004-cü ildə beş israillinin öldürülməsi və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktlarına görə ömürlük həbs cəzasına məhkum edilib.