Qlobal planşet tədarükü koronavirusdan əvvəlki səviyyəyə yüksəlib.
Axar.az xəbər verir ki, bu barədə “International Data Corporation” məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin ikinci rübündə ekspertlər 22% artım qeydə alıblar:
“Ümumilikdə bu müddət ərzində dünya bazarına 34,4 milyon planşet çıxarılıb. Sənaye lideri bazara 35,8% payla 12,3 milyon cihaz təqdim edən Əpl şirkəti olub. Samsunq və Lenovo ikinci və üçüncü yerləri paylaşıblar, onların payı müvafiq olaraq 20,1 və 7,3% təşkil edib”.