Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi İsraili gələcəyə ümiddən məhrum edən bir yol deməkdir.
Axar.az xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Dünən Yəhya Sinvarın HƏMS Siyasi Bürosunun rəhbəri təyin olunması fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmayacaq”, - o bildirib.
Musəvi İsrail hökumətini vəhşi qəbilələrə bənzədib:
“Amma hətta vəhşilər də bəzi normalara riayət ediblər. İsrail isə bütün beynəlxalq qaydaları və qanunları pozur”.