Venesuela Prezidenti Nikolas Maduro ölkənin bəzi bölgələrinin vatsapda zorakılıq və nifrət yaydığını əsas gətirərək tətbiqi canlı yayımda telefonundan silib.
Axar.az Report-a istinadən xəbər verir ki, paytaxt Karakasda iştirak etdiyi televiziya yayımı zamanı telefonunun ekranını kameralara göstərən Maduro Vatsap tətbiqini silib.
Dövlət başçısı bildirib ki, Vatsap hərbçiləri, polisləri, eləcə də icma liderlərini təhdid edib, ona görə də ictimaiyyətdən Vatsapı könüllü silməsini istəyib:
“Vatsapdan qurtuldum. Venesuela ailələri, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? Bütün Venesuelanın siyahısını kolumbiyalı narkotik satıcılarına və imperializmə ötürdüyü üçün Vatsapı silin. Vatsapa yox”.
Dövlət başçısı Teleqram və digər sosial şəbəkəni tövsiyə edib.
Maduronun sözləri studiyada gurultulu alqışlarla qarşılanıb.