Argentina yığmasının və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin İspaniyadakı malikanəsi ətraf mühit fəallarının hücumuna məruz qalıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Le Paririen” məlumat yayıb.
Mənbənin sözlərinə görə, fəallar hələ tam başa çatmamış malikanəyə girərək, onu qara-qırmızı boya ilə boyayıblar. Sonra onlardan biri üzərində “Planeti xilas et. Zənginləri yeyin. Polisi ləğv edin” şüarı yazılmış pankart açıb.