ABŞ kəşfiyyatı İran və Livanın şiə Hizbullah hərəkatının İsrailə qarşı mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir.
Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris arasında Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşün məzmunu haqda bilgi əldə edən mənbələr bildirib ki, İrandan bir, Hizbullahdan isə başqa bir zərbə dalğası gözlənilir. Amma Vaşinqton hələ də hücumların hansı xarakter daşıyacağını və hücumu ilk olaraq kimin həyata keçirəcəyini bilmir.
Nəşrin məlumatına görə, İsrailə hücumun başlama vaxtı və miqyası da məlum deyil.