Regionda hərbi eskalasiyanı dayandıra bilməyən və ya bunu istəməyən ABŞ-ın aşkar iflası fonunda Livan Rusiyaya xüsusi ümidlər bəsləyir və onun Yaxın Şərq münaqişəsinin həllində daha fəal rol alacağını gözləyir.
Axar.az xəbər verir ki, bunu Livanın ictimai-siyasi xadimi, Livan-Rusiya Dostluq Assosiasiyasının baş katibi Yusif Murtada deyib.
Onun sözlərinə görə, rus diplomatiyası ərəb ölkələrində işləmək üçün çox böyük təcrübə toplayıb.