Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə İrana səfərindən əvvəl sui-qəsd olunacağı barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyəmediası məlumat yayıb.
Bildirilib ki, ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn İ.Haniyə ilə bağlı şübhəli fəaliyyətlər aşkarlanıb. Beləliklə, MİT İ.Haniyə ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd olunub ki, MİT İ.Haniyənin Tehran səfəri ərəfəsində mobil cihazlardan, internetdən və quru nəqliyyatından istifadə ilə bağlı da ona xəbərdarlıq edib.
Məlumata görə, MİT bundan əvvəl iki dəfə - İstanbul və Dohada İ.Haniyəyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
Türkiyə hüquq- mühafizə orqanları prosesi yaxından izlədiklərini və mövzu ilə bağlı İranla fikir mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edərkən öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.