Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin şərqində hökumət binaları kompleksi yaxınlığında keçirilən razılaşdırılmış mitinq başa çatdıqdan sonra bir qrup nümayişçi polis kordonunu yararaq, magistral yollardan birində nəqliyyatın hərəkətini dayandırmağa cəhd edib.
Narazılıq yaradanları dağıtmaq üçün əraziyə polis dəstələri göndərilib və həmin şəxslər saxlanılıb.
Qeyd edək ki, artıq uzun müddətdir İsraildə etiraz aksiyaları davam etdirilir. Etirazçılar İsrail hakimiyyətindən dərhal fələstinli radikalların şərtlərilə razılaşmasını və Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün saziş bağlamasını tələb edirlər.