Ukrayna Livanın təhlükəli bölgələrindən öz vətəndaşlarını təxliyə edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, artıq Livandan 30 nəfər - 21 qadın və 9 uşaq təxliyə edilib:
"Ukrayna öz vətəndaşlarını Livandan uğurla təxliyə edən birinci ölkələrdən oldu".