Amerika F-16 qırıcılarının Ukraynaya gəlməsi Putin və onun Su-35 təyyarələrinə qarşı mübarizədə dönüş nöqtəsidir.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
"Mart ayında Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force) bitirən ilk Ukrayna pilotları qrupu, Böyük Britaniya və müttəfiqləri səma uğrunda döyüşdə Ukraynaya dəstək olmaq üçün əllərindən gələni etməlidirlər", - o bildirib.
Qeyd edək ki, 2 gün öncə F-16-ların ilk partiyası Ukraynaya gətirilib.