Rusiya ilə ABŞ arasında məhbuslarla bağlı danışıqlar və Ukraynadakı müharibə ilə bağlı mümkün diplomatiya arasında əlaqə görmürük.
Axar.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Hesab edirik ki, bu iki aspekt ayrı-ayrı istiqamətlərdə fəaliyyət göstərir. Onlardan biri də bu mübadilənin həyata keçirilməsinin praktiki məsələsidir. Digəri isə daha mürəkkəb məsələdir və onu ukraynalılar həll etməlidir", - C.Sallivan söyləyib.
Qeyd edək ki, ötən gün Rusiya və ABŞ arasında Türkiyənin paytaxtı Ankarada hava limanında məhbus mübadiləsi baş tutub.