Ukraynada orduya təhvil verilən F-16 qırıcılarından cəbhənin hansı sektorunda istifadə ediləcəyi bildirilib.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
"F-16 hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi, xüsusən də son modifikasiyaları 150-180 km məsafədə hədəfləri vura bilən AIM-120 AMRAAM “hava-hava” raketlərindən istifadə oluna bilər.
F-16-nın bu istifadəsinin aktuallığına baxmayaraq, onlar əvvəlcə tamamilə fərqli bir əməliyyat üçün nəzərdə tutulmuşdu. Bu qırıcıların dərhal döyüş toqquşmalarının episentrinə göndərilməsi lazım deyil, çünki onların ilkin kiçik sayı daha məqsədyönlü, zərgər dəqiqlikli istifadəsini nəzərdə tutur",- o bildirib.
Ekspert hesab edir ki, Ukrayna Silahlı Qüvvələri artıq F-16-nın bütün imkanlarından səmərəli istifadə etmək üçün döyüş zonası hazırlayıb və bu da Krımdır.