İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.
Axar.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib “Lebanon 24” portalına açıqlamasında deyib.
Qeyd edək ki, 30 iyul tarixində İsrail HHQ-nin Beyruta zərbələri zamanı Hizbullah komandirləri, ötən gün isə Tehrana zərbə zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülmüşdü.