HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsraildə bəzi insanlar şirniyyat paylayıblar.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, həmçinin Qüdsdəki yəhudilər də Haniyənin şəhadəti münasibətilə insanları şirniyyata qonaq ediblər.
Bununla bağlı videolarda insanların küçədə gedənlərə və avtomobil sürücülərinə yaxınlaşaraq əllərindəki şirniyyatları təqdim etdikləri kadrlar yer alıb.