Bayden administrasiyası HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsində iştirak etməyib və xəbərsiz olub.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken Sinqapurun CNA telekanalına açıqlamasında deyib.
“ABŞ hadisədən xəbərsiz olduğu üçün hər hansı təxmin irəli sürə bilmir. Bu müharibənin başa çatması, daimi sülh və təhlükəsizlik, problemin həllində yaxşı mövqeyə gələ bilmək üçün atəşkəs təmin edilməlidir. Buna konsentrasiya olmaq lazımdır. Heç bir səbəb atəşkəs əldə etməyin önəmini ortadan qaldırmır. O mövqeyə gələnə qədər də danışıqlara davam edəcəyik. Qəzzadakı fələstinlilərin əzablarına son verməyə köməklik göstərmək olduqca önəmlidir”, - Blinken bildirib.