İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət daşımır.
Axar.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı Anna Ukolova “RİA Novosti”yə açıqlamasında deyib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.