HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü İran, Fələstin və müqavimət qüvvələri arasında əlaqəni gücləndirəcək.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.
“Qardaşımız İsmayıl Haniyənin Tehranda ölümü İran İslam Respublikası, əziz Fələstin və müqavimət qüvvələri arasında dərin və qırılmaz əlaqəni daha da gücləndirəcək”, - Kənani bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS lideri İsmayıl Hamiyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Nəticədə o və mühafizəçisi öldürülüb.