Vaşinqton hücumların dayanması üçün diplomatik həll yolları axtarır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris İsrailin Livanın paytaxtı Beyruta son hücumları ilə bağlı açıqlamasında deyib.
“Son saatlarda Yaxın Şərqdə baş verənlərə toxunmaq istəyirəm və çox açıq şəkildə demək istəyirəm ki, İsrailin özünü müdafiə etmək hüququ var. Biz bilirik ki, İsrail terror qruplaşmasına qarşı özünü müdafiə etmək hüququna malikdir və Hizbullah da məhz belələrindəndir.
Ancaq bütün bunlara baxmayaraq, bu hücumları dayandırmaq üçün diplomatik həll yolu üzərində çalışmalıyıq və bu işi davam etdirəcəyik”, - ABŞ vitse-prezidenti vurğulayıb.
Qeyd edək ki, Beyruta hücumda, son məlumata görə, 3 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.