İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.
Axar.az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.
Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır:
“Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.